Azərbaycan millisinin oyununun yeri və vaxtı açıqlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Norveç yığmasına qarşı keçirəcəyi oyunun vaxtı və stadionu müəyyənləşib.
Goal.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qarşılaşma yunun 14-də Drammen şəhərindəki "Marienlyst Stadium"da keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00 başlayacaq.