22/04/2022
16:56
508
| A A A
Azərbaycan millisinin heyətində dəyişiklik

Bakıda təlim-məşq toplanışı keçirəcək 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik olub.

Goal.az xəbər verir ki, Qəbələ klubunun üzvü Okan Təhməzli zədə səbəbindən toplanışda iştirak edə bilməyəcək. Onun əvəzinə Səbail klubunun üzvü Yaqub Yusubov hazırlıq prossesinə cəlb olunub.

U-18-in toplanışı əvvəldən nəzərdə tutulduğu kimi, aprelin 23-dən deyil, 24-dən başlayacaq.