07/05/2022
17:57
659
| A A A
Azərbaycan millisi Küveyt yığmasına məğlub oldu

Bakıda təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Küveyt yığma komandası Azərbaycan millisi ilə növbəti yoxlama oyununu keçirib.

Goal.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında keçirilmiş oyun 2:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Bu komandalar arasında növbəti oyunlar mayın 8-də və 11-də olacaq.

Xatırladaq ki, millimiz Küveyt yığması ilə ilk qarşılaşmadan 5:0 hesablı qələbə ilə ayrılmışd