08/05/2022
16:32
989
| A A A
Azərbaycan millisi Küveytə qalib gəldi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışında olan Küveyt yığması ilə növbəti yoldaşlıq oyununu keçirib.

Goal.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki meydançada baş tutan oyun Azərbaycan yığmasının 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Millinin heyətində Orxan Məmmədov (2), Amid Nəzərov (2), Fuad Hüseynov və Ruslan Voronsov fərqlənib.

Bu komandalar arasında sonuncu oyun mayın 11-də olacaq.