13/05/2022
20:23
468
| A A A
Azərbaycan millisi UEFA İnkişaf turnirinə məğlubiyyətlə başlayıb

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Gürcüstanda təşkil edilən UEFA İnkişaf turnirində ilk oyununu keçirib.

Goal.az xəbər verir ki, Zambiyanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşan yığma 1:3 hesabı ilə məğlub olub. Komandanın heyətində yeganə qolu 28-ci dəqiqədə Musa Məmmədov vurub.

U-17-nin növbəti oyunu mayın 16-da gürcüstanlı həmyaşıdlarına qarşı olacaq.