10/06/2022
14:22
1707
| A A A
Azərbaycanın mini-futbol yığması yarımfinal oyununa çıxır

Mini-futbol üzrə Azərbaycan milli komandası bu gün Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında yarımfinal oyununa çıxacaq.

Goal.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu komanda Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Cütün qalibi finalda Bolqarıstan - Rumıniya duelinin güclüsü ilə qarşılacaq. Yarımfinalda uduzanlar isə 3-cü yer uğrunda görüşdə üz-üzə gələcəklər.

Qeyd edək ki, Azərbaycan millisi 1/4 finalda Slovakiyaya 1:0, Qazaxıstan isə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşmış qarşılaşmada Macarıstanı penaltilərlə yenib - 4:3. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI