U-19 milli komanda qələbə qazandı
Qəbələdə təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sonuncu yoldaşlıq oyununu keçirib.
Goal.az xəbər verir ki, qazaxıstanlı yaşıdları ilə qarşılaşan Azərbaycan millisi 2:1 hesablı qələbə qazanıb. Millinin hər iki qolunu 57 və 77-ci dəqiqələrdə Ağadadaş Salyanski vurub.
Xatırladaq ki, bu komandalar arasında iyunun 7-də keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.