10/06/2022
21:53
2529
| A A A
Avropa çempionatı: Azərbaycan millisi finalda!

Mini-futbol üzrə Azərbaycan millisi Slovakiyanın Koşitse şəhərində təşkil olunmuş Avropa çempionatında bu gün növbəti oyununu keçirib.

Goal.az xəbər verir ki, Elşad Quliyevin başçılıq etdiyi yığmamız yarımfinalda Qazaxıstan millisi ilə qarşılaşıb.

Beş qolun qeydə alındığı oyundan 3:2 hesabı ilə qalib ayrılan Azərbaycan millisi finala yüksəlib.

Azərbaycan yığması həlledici görüşdə Bolqarıstan – Rumıniya cütünün qalibi ilə qarşılaşacaq.