13/06/2022
15:50
790
| A A A
Malta – Azərbaycan oyununun stadionu müəyyənləşdi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Malta yığmasına qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.

Goal.az AFFA-ya istinadən xəbər verir ki, Malta – Azərbaycan qarşılaşması Ta Qali şəhərindəki Malta Milli stadionunda keçiriləcək.

Malta – Azərbaycan oyunu sentyabrın 2-də keçiriləcək.