13/06/2022
21:55
1290
| A A A
Azərbaycan millisi vacib qələbə qazanıb

Azərbaycan millisi bu gün Millətlər Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

Goal.az xəbər verir ki, yığmamız 4-cü turda Belarusla doğma meydanda qarşılaşıb. "Dalğa Arena"da keçirilən görüş millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycanın qollarını 76-cı dəqiqədə Mahir Emreli və 90+3-cü dəqiqədə Ramil Şeydayev vurublar.

Komandalar arasında 1 həftə əvvəl oynanılan ilk matç 0:0 hesabı ilə yekunlaşıb.

Qrupun digər qarşılaşmasında isə lider Qazaxıstan Slovakiyanı 2:1 hesabı ilə məğlub edib.

Millətlər Liqası, 4-cü tur

C Liqası

3-cü qrup

20:00. Azərbaycan - Belarus - 2:0

Qollar: Mahir Emreli, 76, Ramil Şeydayev, 90+3