14/06/2022
22:58
787
| A A A
Azərbaycanın U-21 yığması sonuncu oyununda məğlub olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu görüşünü keçirib.

Goal.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçi olduğu komanda X turda səfərdə Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Drammen şəhərindəki “Marienlyst” stadionunda oynanılan qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 2:1. Azərbaycan yığmasının yeganə qolunu 66-cı dəqiqədə İldar Alekperov vurub.

Qələbə sayəsində xallarının sayını 24-ə çatdıran Norveç yığması 2023-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə birbaşa vəsiqəni təmin edib. Azərbaycan millisi isə seçmə mərhələni 7 xalla 5-ci sırada bitirib.