Dinamo Mahir Emreliyə istirahət verdi
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Dinamo (Zaqreb) dünən yeni mövsümün hazırlıqlarına start verib.
Goal.az xəbər verir ki, Zaqreb klubunun məşqçilər korpusu millidə oynayanların toplanışa daha gec qoşulması və istirahət etməsi üçün imkan yaradıb.
Onların sırasında Mahir Emrelinin də adı var. 24 yaşlı forvard Dinamo-nun düşərgəsinə iyunun 22-də qoşulacaq.