25/06/2022
22:11
784
| A A A
Azərbaycanın qadın millisi uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirib.

Goal.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının Rivadakı təlim-məşq mərkəzində keçirilmiş oyunda millimiz 0:2 hesabı ilə uduzub.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun iyunun 28-də keçiriləcək.