07/07/2022
16:58
695
| A A A
Azərbaycan - Bosniya və Herseqovina matçının stadionu açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının evdə Bosniya və Herseqovinaya qarşı keçirəcəyi dünya çempionatının seçmə mərhələ oyununun stadionu açıqlanıb.

Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma sentyabrın 6-da "Dalğa Arena"da oynanılacaq.

Görüşün başlama saatı hələlik bəlli deyil.