Türkiyənin Konya şəhərində təşkil olunacaq 5-ci İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb.
Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Samir Əliyev 23 futbolçuya dəvət göndərib.
Yığma avqustun 2-dən 4-dək Milli Komandaların Məşq Mərkəzində təlim-məşq toplanışında olacaq.
Qapıçılar
Rza Cəfərov – Neftçi
Sahib Həsənov – Şamaxı
Rüstəm Samiqullin – Sabah
Müdafiəçilər
David Orucov – Neftçi
Cəlal Hüseynov – Zirə
Şirxan Həsənzadə – Qarabağ
Abdulla Rzayev – Şamaxı
Mirəli Əhmədov – Şamaxı
İbrahim Ramazanov – Qəbələ
Nihad Qurbanlı – Neftçi
Yarımmüdafiəçilər
Ədilxan Qarəhmədov – Səbail
Ramin Nəsirli – Neftçi
Veysəl Rzayev – Turan Tovuz
Camal Cəfərov – Sabah
Samir Məhərrəmli – Kəpəz
Murad Xaçayev – Sumqayıt
Rüfət Abdullazadə – Sumqayıt
Nazim Həsənzadə – Turan Tovuz
Vüsal Qənbərov – Səbail
İsmayıl İbrahimli – Qarabağ
Samir Abdullayev – Səbail
Hücumçular
Nəriman Axundzadə – Qarabağ
Mehrac Baxşəli – Qəbələ
Qeyd: İsmayıl İbrahimli və Nəriman Axundzadə komandaya avqustun 3-də qoşulacaq.