02/08/2022
10:08
1160
| A A A
Rusiya klubunun hücumçusu Azərbaycan millisində oynaya bilər

Rusiyanın Torpedo klubunun futbolçusu David Qarayev Azərbaycanın əsas millisində çıxış edə bilər.

Goal.az xəbər verir ki, bu barədə 27 yaşlı hücumçunun özü "Sport24.ru" saytına açıqlama verib.

O, hələlik sözügedən məsələ ilə bağlı qərar vermədiyini bildirib: "Millidə oynamaq əladır, amma bütün qohumlarım Rusiyadadır".

Azərbaycanın gənclər yığmasında oynadığını xatırladan təcrübəli forvard burada yaxınlarının olmadığını söyləyib: "Sadəcə, o vaxt bir çox əcnəbi futbolçuya Azərbaycan pasportu verilirdi. AFFA-dan zəng gəldi. Dedilər ki, 1995-ci il təvəllüdlü oyunçuların komandasını yığırıq, gəl. Amma sonra pasportumdan imtina etməli oldum. Çünki limitə görə Rusiyada oynamaq çətin idi".

Qeyd edək ki, David Qarayev 2013-cü ildə Azərbaycanın U-18 yığmasına dəvət alıb və 5 oyun keçirib. Sonradan ona əsas millidə oynamaq təklif olunsa da, futbolçu Rusiya çempionatında legioner sayılmamaq üçün bundan imtina edib. Rusiyada Khimki və Ural kimi komandaların da formasını geyinmiş hücumçu Qazaxıstanın Kaspi klubunda da oynayıb. (report)