04/08/2022
12:21
1385
| A A A
Renat Dadaşov ən yaxşı seçildi

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov İsveçrə çempionatında 3-cü turun ən yaxşı oyunçusu seçilib.

Goal.az xəbər verir ki, bu barədə onun formasını geyindiyi Grasshoppers klubunun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Grasshoppers Super Liqanın 3-cü turunda səfərdə lider Young Boys-la qarşılaşıb və 1:1 hesablı heç-heçəyə nail olub. Komandası məğlub durumda olarkən, 46-cı dəqiqədə meydana buraxılan azərbaycanlı hücumçu 49-cu dəqiqədə fərqlənməklə Grasshoppers-ə 1 xal qazandırıb. Bu, onun İsveçrə Super Liqasında ilk qoludur.