09/09/2022
15:24
1011
| A A A
Milli komandamız Qazaxıstanla qarşılaşacaq

Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının əsas mərhələsinin qrup oyunlarına hazırlıq məqsədi ilə sentyabrın 12-dən 16-dək Bakıda, 16-dan 20-dək isə Qazaxıstanın Aktau şəhərində təlim-məşq toplanışı olacaq.

Goal.az AFFA-nın satına istinadən xəbər verir ki, millimiz təlim-məşq toplanışında sentyabrın 19-da və 20-də səfərdə Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Oyunlar Aktau şəhərindəki “Halyk Arena”da keçiriləcək və yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 16:00) başlayacaq.