18/09/2022
13:55
1765
| A A A
Mahir Emreli milliyə çağırıldı

Xorvatiyanın Dinamo klubunun futbolçusu Mahir Emreli Azərbaycan millisinin Millətlər Liqasında Slovakiya və Qazaxıstana qarşı keçirəcəyi oyunlar üçün heyətə çağırılıb.

Goal.az xəbər verir ki, bu barədə "Sportske Novosti" nəşri məlumat yayıb.

24 yaşlı hücumçu bu mövsüm Dinamo ilə 6 oyunda 1 qola imza atıb.

Azərbaycan yığması sentyabrın 22-də Slovakiyanın qonağı olacaq. Canni De Byazinin rəhbərlik etdiyi komanda 3 gün sonra Bakıda Qazaxıstanı qəbul edəcək.