22/09/2022
10:08
2505
| A A A
Azərbaycan millisi bu gün Slovakiya ilə qarşılaşacaq

Azərbaycan yığması bu gün UEFA Millətlər Liqasında növbəti oyununu keçirəcək.

Goal.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu komanda C Liqasının 1-ci qrupunda Slovakiyanın qonağı olacaq.

Trnava şəhərindəki Antona Malatinski stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Görüşü Uilyam Kollamın başçılıq etdiyi şotlandiyalı hakimlər briqadası idarə edəcək.

Meydan sahiblərində cəzalı Yuray Kuçka, Azərbaycan komandasında isə Mahir Emreli eyni səbəbdən meydana çıxa bilməyəcək. Qrupun digər matçında Belarus yığması Qazaxıstan seçməsinin qonağı olacaq. (report)