23/09/2022
00:46
1829
| A A A
Azərbaycan millisi Slovakiyadan 3 xalla qayıdır

Azərbaycan millisi Millətlər Liqasının 2022/23 mövsümündə son səfər matçına çıxıb.

Goal.az xəbər verir ki, yığmamız Slovakiyanın qonağı olub və 2:1 hesabı ilə qalib gəlib.Bu komandaların Bakıdakı oyununda Slovakiya millisi 1:0 hesablı qələbə qazanmışdı.

Bu qələbə ilə xalını 7-yə yüksəldən millimiz turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Azərbaycan növbəti görüşünü sentyabrın 25-i "Dalğa Arena"da Qazaxıstana qarşı keçirəcək. Oyun saat 20:00-da başlayacaq.

Millətlər Liqası, 5-ci tur

C liqası, 3-cü qrup

Slovakiya – Azərbaycan - 1:2

Qollar: Renat Dadaşov, 44 (0:1), Jirka, 90+3-pen (1:1), Höccət Haqverdi, 90+5 (1:2)

Baş hakim: Vilyarm Kallum (Şotlandiya)