24/10/2022
13:48
3313
| A A A
Azərbaycan millisinin Ukrayna sınağı

17 yaşadək futbolçuardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün ilk oyununu keçirəcək.

Goal.az xəbər verir ki, millimiz Bosniya və Herseqovinanın Kakanj şəhərində təşkil olunan qrup mərhələ oyununda Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Azərbaycan yığması yer aldığı 2-ci qrupda Ukrayna ilə yanaşı, Lixtenşteyn və Bosniya və Herseqovina ilə mübarizə aparacaq.

Avropa çempionatı

Seçmə mərhələ, I tur

15:30 Azərbaycan – Ukrayna

Baş hakim: Migel Noqeyra (Portuqaliya)

GÜNÜN ƏN ÇOX OXUNANLARI