Azərbaycan millisi Slovakiyaya qarşı
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Goal.az xəbər verir ki, milli Bakı vaxtı ilə saat 14:00-da Latviyada keçirəcək oyunda Slovakiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Avropa çempionatı
Seçmə mərhələ, II tur
14:00 Azərbaycan – Slovakiya
Hakimlər: Anastasiya Romanyuk, Oleksandra Vdovina (Ukrayna), Sophie Dennington, Lisa Benn (İngiltərə)
Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Latviyaya 0:4 hesabıyla uduzub.