14/11/2022
18:35
1567
| A A A
Millinin rəqibində iki yeni futbolçu

Azərbaycan və Rumıniya ilə yoldaşlıq oyunları keçirəcək Moldova millisinə iki yeni futbolçu çağırılıb.

Goal.az xəbər verir ki, bunlar "Petrokub"un yarımmüdafiəçisi Yaser Tsurkan və "Sfıntul George"nin müdafiəçisi Mixail Ştefandır. Onlar Maksim Kojokaru və Vyaçeslav Posmakın əvəzinə komandaya cəlb olunublar.

Moldova noyabrın 16-da Azərbaycan yığması, 4 gün sonra isə Rumıniya seçməsi ilə üz-üzə gələcək.

GÜNÜN ƏN ÇOX OXUNANLARI