17/11/2022
12:43
3692
| A A A
Azərbaycan yığmasının bir rəqibi qələbə qazanıb, digəri uduzub

Azərbaycan millisinin 2024-cü Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Avstriya yığması yoldaşlıq oyunu keçirib.

Goal.az xəbər verir ki, Ralf Ranqnikin baş məşqçi olduğu kollektiv səfərdə Andorraya minimal hesabla qalib gəlib. Yeganə qolu 87-ci dəqiqədə Marko Arnautoviç vurub.

Azərbaycan millisinin digər rəqibi Estoniya isə Baltik Kuboku turnirində Latviya ilə qarşılaşıb. Yarımfinal görüşünün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan (5:3) latviyalılar finala yüksəliblər.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq. Yığma ilk oyununu gələn il martın 24-də səfərdə məhz Avstriyaya qarşı keçirəcək. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI