19/11/2022
11:12
4425
| A A A
Yığmamızın rəqibi Misir millisinə məğlub olub

Dünyanın yaşıl meydanlarında milli komandalar səviyyəsində yoxlama oyunları keçirilir.

Goal.az xəbər verir ki, Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən olan Belçika yığması isə DÇ-2022 öncə Misir komandası ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı oyunda misirlilər qələbə qazanan tərəf olub. Mustafa Məhəmməd (33) və Trezeqenin (46) vurduğu qollarla məğlub duruma düşən Avropa təmsilçisi, 76-cı dəqiqədə Luis Opendanın vurduğu təsəlli qolu ilə fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI