Avropa çempionatı: Azərbaycan millilərinin oyunlarının təqvimi bəlli olub
17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandalarının Avropa çempionatının seçmə mərhələsində keçirəcəkləri oyunların tarixləri açıqlanıb.
Goal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, U-17 mübarizəyə 2023-cü il oktyabrın 21-də başlayacaq.
U-19-un ilk matçı noyabrın 15-də gerçəkləşəcək.