Azərbaycan millisinin hücumçusu rəmzi komandada
İsveçrə Super Liqasında mövsümün ilk dövrəsinin rəmzi komandası açıqlanıb.
Goal.az xəbər verir ki, rəmzi heyətdə Grasshoppers-də çıxış edən azərbaycanlı hücumçu Renat Dadaşov da yer alıb.
Azərbaycan yığmasının da üzvü olan forvard bu mövsüm İsveçrə çempionatında 15 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.
Grasshoppers Super Liqada 16 turdan sonra 20 xalla 7-ci sıradadır.