11/01/2023
19:50
2777
| A A A
Avstriyalı futbolçu millimizlə oyunu buraxa bilər

Avstriya millisi AVRO-2024-ün seçmə mərhələsində Azərbaycanla oyuna itki ilə çıxa bilər.

Goal.az xəbər verir ki, yarımmüdafiəçi Valentino Lazaro zədələnib.

Torino-nun oyunçusu İtaliya A seriyasının 17-ci turunda Salernitana (1:1) ilə oyunda sıradan çıxıb. Sağ diz bağlarından zədə aldığı bildirilən 27 yaşlı futbolçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

Lazaronun Avropa çempionatının seçmə mərhələsində Azərbaycan (24 mart) və Estoniya (27 mart) ilə matçları buraxmaq ehtimalı yüksək göstərilib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI