18/05/2016
12:47
5428
| A A A
Fransada nəşr olunan erməni jurnalı azərbaycanlı idmançıdan yazdı - FOTO

Bu yaxınlarda Londonda təsis edilən “Qafqaz” İdman Klubunun rəhbəri, tanınmış kikboksçumuz Hafiz Baxşəliyev “ermənilərin kluba girişi qadağandır” sözlərinə Parisdə nəşr olunan “Nouvelles Armenie” jurnalı öz səhifəsində yer ayırıb.

Goal.az xəbər verir ki, jurnal azərbaycanlı kikboksçunun Londonda bir klub açdığını, ancaq ermənilərin ora girişinin qadağan olunduğunu yazıb.

"Azərbaycan kikboksinq komandasının keçmiş üzvü Hafiz Baxşəliyev 2016-cı ildə Londonun mərkəzində bir yer kirayə edərək Qafqaz adlı kikboksinq və boks klubu açıb. Hazırda orada Azərbaycandan olan 10 nəfər məşq edir. “Ermənilər də gəlib məşq edə bilərlərmi” soruşanda Hafiz Baxşəliyev bildirdi: “Ermənilərin daxil olması qadağandır. Biz düşmənlərimizlə yaxınlıq etmirik”, - jurnal yazıb.  


Xatırladaq ki, Hafiz Baxşəliyev mətbuat müsahibəsində ermənilərlə bağlı fikirlərini bildirmişdi.