12/01/2018
16:03
2398
| A A A
Britaniyalı ailə "Chelsea"ni məhkəməyə verdi

İngiltərənin “Chelsea” klubu britaniyalı ailə tərəfindən məhkəməyə verilib.

Goal.az BBC-yə istinadən xəbər verir ki, şikayətçilər yeni “Stemford Bric” stadionunun tikintisinə qadağa qoyulmasını tələb edirlər. Onlar hesab edirlər ki, arenanın inşasından sonra həmin ərazidə sahibi olduqları evin pəncərələrinə günəş şüaları düşməyəcək.

Krostveyt ailəsi Londonun cənubunda dəbdəbəli rayondakı stadionun yaxınlığında yerləşən evlərində artıq 50 ildir yaşayırlar. Bildirilir ki, klub yaxınlıqda yaşayan digər şəxsləri təzminat müqabilində razı salsa da, sözügedən ailə təklifi qəbul etməyib.

Qeyd edək ki, London təmsilçisinin rusiyalı sahibi Roman Abramoviç 1 milyard funt sterlinq dəyərində stadion inşa etdirməyi planlaşdırır. Yeni arena indikindən 19 min nəfər çox – 60 min tamaşaçı tutumuna malik olacaq.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

Real Madrid
%
Liverpool
%
Bayern Munich
%
Roma
%
15187 səs