25/01/2018
17:50
10701
| A A A
Bekhemlə seks üçün milyon dollarlıq təklif

Devid Bekhem Madridin "Real" klubunda oynadığı vaxt uşaqlarına dayəlik edən Rebekka Loos həmin dönəmdə ulduz futbolçunu şantaj etmək üçün təkliflər aldığını bildirib.

Goal.az xəbər verir ki, Loos "Posta" nəşrinə açıqlamasında  futbolçu ilə sekslə məşğul olub onu videoya çəkməsi üçün 1 milyon dollarlıq təklif aldığını etiraf edib:

"Həmin vaxt Bekhemin uşaqlarına baxıcılıq edirdim. Bir çox insanlardan və fərqli qurumlardan onu şantaj etmək üçün təkliflər alırdım. 1 milyon təklif edən də olmuşdu. Bunun üçün videoya çəkmək tələbi qoyulmuşdu. İnsanların niyə belə şeylər etmək istədiyini anlamıram. Həmin vaxt mənim üçün pis keçmişdi. Bəzi şeylərə izah tapa bilmirdim".

Xatırladaq ki, Rebekka Loos hazırda 40 yaşındadır. O indi yoqa və rəssamlıqla məşğul olur. 

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

Real Madrid
%
Liverpool
%
22969 səs
GÜNÜN ƏN ÇOX OXUNANLARI