04/03/2018
15:53
10207
| A A A
İtaliya millisi və "Fiorentina"nın futbolçusu dünyasını dəyişdi

Futbol üzrə İtaliya yığmasının və "Fiorentina" klubunun müdafiəçisi Davide Astori bu gün səhər Udine şəhərində yerləşən mehmanxanalardan birinin otağında ölmüş vəziyyətdə tapılıb. Goal.az xəbər verir ki, bu barədə 31 yaşlı futbolçu yuxudan ayılmayıb. Onun yuxuda infarkt keçirdiyi bildirilir. "Fiorentina" kapitanını qəfil vəfatı səbəbindən A Seriyasında bu gün keçirilməsi planlaşdırılan bütün oyunlar təxirə salınıb. Astori evli idi və 2 yaşnda qızı vardı.