05/03/2018
16:13
15382
| A A A
Dünyanın ən varlı futbolçusu nə Messidir, nə də Ronaldo - 19 yaşı var

Dünyanın ən zəngin futbolçusu nə Ronaldodur, nə də Messi. Heç Neymar da deyil... Bu "Leicester"in akademiyasında çıxış edən 19 yaşlı Faiq Bolkiyahdır.

Goal.az xəbər verir ki, Bruney sultanı Hassanal Bolkiyahın qardaşı oğlu olan Faiq 20 milyard dollarlıq sərvətlə dünyanın ən varlı futbolçusudur. 

Amerikanın Los-Anceles şəhərində doğulan futbolçu "FourFourTwo" dərgisinə açıqlamasında "Ağlım kəsəndən futbol oynayıram və bu idmandan həmişə zövq almışam". 

Gənc futbolçunun atası Cefrinin özünə aid 2 min 300 avtomobili var. Cefri 50 yaşını qeyd edəndə Maykl Ceksonu dəvət edib ona 17 milyon dollar ödəmişdi.