13/03/2018
15:47
2962
| A A A
Rusiyalı fanat Marsel məhkəməsinin qarşısına çıxacaq

Fransanın Marsel şəhərində Rusiya vətəndaşına qarşı cinayət işi açılıb.

Goal.az xəbər verir ki, həmin şəxs 2016-cı il Avropa çempionatı zamanı baş tutan Rusiya - İngiltərə (1:1) matçından öncə Endryu Beyç adlı ingilis azarkeşə hücum edən qrupun arasında olub. Həmin azarkeş İngiltərə və Fransa polisinin ortaq səyi nəticəsində fevralın 20-i Kölndə saxlanılıb. Martın 12-də isə onu Marsel məhkəməsinə göndəriblər.