02/05/2018
10:29
13400
| A A A
Bayern Munchen'in futbolçusundan Real Madrid'ə təhqir - FOTO

Real Madrid səfərdə 2:1 hesabı ilə qələbə qazandığı Bayern Munchen ilə evdə heç-heçə edib - 2:2. Bu nəticə İspan klubunu finala yüksəldib.

Goal.az xəbər verir ki, Bavariya təmsilçisinin yarımmüdafiəçisi Arturo Vidal Çempionlar Liqasının yarımfinalın cavab görüşündən sonra rəqibin futbolçularını təhqir edib.

Real Madrid'in qapısına təyin olunmayan penalti epizoduna kobud formada şərh verən çilili futbolçu şəxsi "Instagram"ında foto yerləşdirərək, futbolçuları "siçanlar" adlandırıb. O daha sonra paylaşımı silib.