12/08/2018
17:43
3631
| A A A
Ronaldo xəstəxanaya yerləşdirildi

Braziliya millisinin sabiq hücumçusu Ronaldo pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Goal.az-ın “Football İtalia”ya istinadən yaydığı xəbərə görə, hadisə bu həftənin cümə günü 41 yaşlı braziliyalı İbitsa adasında dincələrkən baş verib. Həkimlər Ronaldoda pnevmoniyanın inkişaf etdiyini bildiriblər.

Bu səbəbdən ikiqat dünya çempionu müalicə olunması üçün xəstəxanaya aparılıb.