14/09/2018
12:00
1123
| A A A
“Uembli”nin işıq sistemi yenilənir

İngiltərə Futbol Assosiasiyası “Uembli” stadionunun işıqlandırma sistemini yeniləyir.

Goal.az xəbər verir ki, bunun üçün assosiasiya 2 milyon funt xərcləyəcək. Burada 400 yeni projektor yerləşdiriləcək. Stadionun işıqlandırma sistemi 11 il əvvəl qurulub. Köhnə sistem UEFA və FİFA-nın standarlrına uyğun deyil. 2020-ci ilin Avropa çempionatı qitənin 12 müxtəlif şəhərində keçiriləcək. “Uembli” çempionatın yarımfinal matçına ev sahibliyi edəcək.