11/10/2018
12:56
2108
| A A A
Ronaldonun vəkili: "Zorlama ilə bağlı sənədlər saxtadır”

Təzavüzdə günahlandırılan Juventus-un hücumçusu Kriştiano Ronaldonun vəkili Piter Kristiansen açıqlama verib. Goal.az xəbər verir ki, vəkil zorlama ilə bağlı sənədlərin saxta olduğunu deyib: “Ronaldonun guya zorlamanı etiraf etdiyi sənədlər saxtalaşdırılıb. Mənim müştərimin əleehinə düşünülmüş şəklildə kampaniya aparılır. Əsil həqiqət yaxın günlərdə üzə çıxacaq. 2015-ci ildə Avropanın tanınmış hüquqşünasları, hüquq firmaları kiber hücumuna məruz qaldı. Onların elektron sənədləri oğurlandı. Xaker həmin sənədləri yüksək məbləğə satdı. Bir sıra nəşrlər oğurlanmış sənədləri heç bir məsuliyyət hiss etmədən dərc etdi. Tam əminəm ki, Ronaldo haqqında toplanan sənədlər də, həmin vaxt oğurlanıb və lazımı formaya salındıqdan sonra mətbuata ötürülüb. Şübhəniz olmasın: Ronaldo günahsızdır. 2009-cu ildə Las–Veqasda baş verənlər qarşılıqlı razılaşmadan sonra olub. Zorlama yoxdur”.