11/10/2018
16:00
1843
| A A A
Chelsea fanatlarını həbs düşərgəsinə göndərir

Chelsea rassizmdə günahlandırılan fanatlarını stadiona buraxmaq qərarına gəlib.Goal.az xəbər verir ki, bunun əvəzində həmin fanatların qarşısına Polşada yerləşən Osvençim həbs düşərgəsini ziyarət etmək şərti qoyulub. Təşəbbüsü klubun milliyyətcə yevrey olan sahibi Roman Abramoviç irəli sürüb. Məsələyə aydınlıq gətirən direktorlar şurasının sədri Bryus Bak deyib: “Rasizmdə günahlandırılan azarkeşləri stadiona buraxmırıq. Belələri 3 il Chelsea-nın matçını tribunadan izləyə bilməz. Lakin düşünürük ki, bu formada qadağa fanatların davranışını dəyişməyəcək. İki variant var: Osvençimi ziyarət etmək və ya stadiona buraxılmamaq. Onlar Polşaya əməkdaşlarımızla yollanacaq. Bu ziyarət fanatlara çox şey öyrədəcək”. Osvençimdə nasistlərin ən böyük ölüm düşərgəsi yerləşir. İkinci dünya müharibəsində burada əksəriyyəti yevreylərdən ibarət olan 1,5 milyon insan öldürülüb. Bir müddət bundan əvvəl Latcio klubu da xuliqan fanatlarını Osvensimə göndərmişdi.