06/12/2018
19:18
1441
| A A A
İnter-in futbolçusu qəza törətdi

 İnter-in hücumçusu Lautaro Martines idarə etdiyi avtomobil ilə qadın velosipedçini vurub.

Goal.az La Gazzetta dello Sport-a istinadən xəbər verir ki, qəza nəticəsində qadın yüngül xəsarət alıb və Milan xəstəxanasına yerləşdirilib.

Zərərçəkən və futbolçunun həyatı üçün heç bir təhlükə yoxdur.

Milan polisi fakla bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, Martines bu mövsüm İnter-in heyətində 7 oyunda iştirak edib, 2 qol vurub və bir məhsuldar ötürmə verib.

Mourinyo hansı klubu çalışdırsın?

REAL MADRID
%
MILAN
%
BAYERN MUNICH
%
INTER
%
1 səs