25/12/2018
13:23
1080
| A A A
Klopp bu dəfə mahnı oxudu - VİDEO

Liverpool-un baş məşqçisi Yurgen Klopp növbəti dəfə diqqət mərkəzinə düşməyi bacarıb.

Goal.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 19-cu turunun Newcastle-la oyunöncəsi mətbuat konfransına yüksək əhval-ruhiyyədə gələn alman mütəxəssis klubun mətbuat katibinin doğum günü münasibəti ilə media nümayəndələrinin qarşısında "Happy birthday to you" (Doğum günün mübarək) mahnısını oxuyub. Daha sonra da "Neçə yaşın var? 39? Gələn il daha böyük olacaqsan" deyə, əlavə edib.

Qeyd edək ki, Liverpool - Newcastle oyunu sabah keçiriləcək.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2074 səs