02/01/2019
14:32
1416
| A A A
Qurbanovla Bordin arasında 500 pilləlik fərq - yeni reytinq

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Goal.az-ın məlumatına görə, "World Coach Ranking" saytının təqdim etdiyi 2018-ci ilin  son siyahısında Qarabağ-ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 461-ci pillədə yer alıb. Qurbanovun ötən siyahı ilə müqayisədə 3 pillə geriləyib.Neftçi-nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 961-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis də 3 pillə geri düşüb.

Qeyd edək ki, siyahıya Barcelona-nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  Atletico-nun çalışdırıcısı Dieqo Simeone qərarlaşıb. River Plate-in baş məşqçisi Marselo Qallardo isə 3-cüdür.(qol.az)

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2081 səs