03/01/2019
09:34
1164
| A A A
Ronaldodan bu dəfə izləyici rekordu

Juventus-un portuqal hücumçusu Kriştiano Ronaldonun "İnstagram" sosial şəbəkəsindəki hesabı 150 milyon izləyici həddinə çatıb.

Goal.az xəbər verir ki, 33 yaşlı futbolçu dünyada izləyici sayına görə bu göstəriciyə çatan ilk şəxs olub. O hazırda amerikalı müğənni Selena Qomesi qabaqlayaraq (144,5 mln. izləyici) sosial şəbəkədə izləyici sayına görə liderliyini davam etdirir.

Futbolçular arasında PSG-nin hücumçusu Neymar (108 mln) və Barcelona-nın forvardı Lionel Messi (105 mln) izləyici çox olanlar sırasındadır.

Ronaldo bu mövsüm Juventus ilə İtaliya çempionatı və Çempionlar Liqasında 24 matçda çıxış edib və 15 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.