05/01/2019
17:57
2210
| A A A
Pedro ən yaxşı transfer seçildi

Qarabağ-ın sabiq futbolçusu Pedro Enrike Astana-nın ən yaxşı transferi seçilib.

Goal.az xəbər verir ki, bu, paytaxt təmsilçisinin rəsmi saytı vasitəsilə azarkeşlər arasında aparılmış sorğu nəticəsində müəyyənləşib.

Sorğuya qatılan 4641 nəfərin yarıdan çoxu (53,72 faizi) braziliyalı yarımmüdafiəçinin lehinə səs verib. Enrike Qazaxıstan çempionatında 19 oyunda 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Serbiyalı müdafiəçi Antonio Rukavina (29,71 faiz) ikinci, konqolu hücumçu Junior Kabananqa (10,67 faiz) üçüncü yeri tutub.

Qeyd edək ki, 2018-ci ilin yayında Astana Azərbaycan yığmasının yarımmüdafiəçisi Riçard Almeyda və hollandiyalı hücumçu Rangelo Yanqanı da heyətinə qatıb. Müqavilə üzrə Yunanıstan PAOK-una məxsus Pedro Enrike Qarabağ-da ötən mövsüm icarə əsasında çıxış edib.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2828 səs