09/01/2019
15:07
1976
| A A A
Məşhur futbolçunun evlərinə həbs qoyuldu

İtaliya məhkəməsi Barcelona-nın futbolçusu Arturo Vidalın Turin şəhərində yerləşən 4 evinə həbs qoyub.

Goal.az Marca nəşrinə istinadən xəbər verir ki, buna səbəb 31 yaşlı çilili yarımmüdafiəçinin səyahət şirkətinə olan 17 min 45 avro borcunu ödəməməsidir. Artıq faizlərlə birgə borcun 18 min 849 avro təşkil etdiyi vurğulanır. Bundan əlavə, Vidal 12 min 58 avro məhkəmə xərclərini də qarşılamalıdır.

Futbolçu qısa zamanda borclarını ödəməsə, evlərin müsadirə edilərək, hərraca çıxarılacağı bildirilir.

Qeyd edək ki, Arturo Vidal 2011 - 2015-ci illərdə Turin təmsilçisi Juventus-un formasını geyinib. Onun hazırkı həftəlik maaşı 66 min avrodur.

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
2080 səs