11/01/2019
12:18
917
| A A A
Mourinyonun təzminatı ödənildi - 15 milyon

Manchester United müqaviləsini vaxtından əvvəl ləğv etdiyi üçün sabiq baş məşqçisi Joze Mourinyoya 15 milyon funt-sterlinq təzminat ödəyib.

Goal.az-ın Daily Mail nəşrinə istinadən yaydığı xəbərə görə, portuqaliyalı mütəxəssisin artıq başqa klublarla danışıqlara başlaya biləcəyi vurğulanıb.

"Jozenin Manchester United-lə müqaviləsində heç bir problem qalmadı. Hər şey həll olundu. Mourinyo narahat deyil. O, artıq işləyə bilər, ancaq tələsmir" - deyə Mourinyoya yaxın mənbə bildirib.

Qeyd edək ki, 55 yaşlı məşqçinin Mançester təmsilçisi ilə müqavilə müddəti 2020-ci ilin yayına qədər idi.