12/01/2019
12:35
2076
| A A A
Həbib Nurməhəmmədov azərbaycanlı futbolçuya müraciət edib

Yüngül çəkidə Mütləq Döyüş Çempionu (UFC) Həbib Nurməhəmmədov Rusiyanın Spartak klubunda çıxış edən əslən azərbaycanlı futbolçu Ayaz Quliyevə müraciət edib.

Goal.az xəbər verir ki, 31 yaşlı döyüşçü şəxsi Instagram hesabından 23 yaşlı yarımmüdafiəçinin ona bənzədilməsinə münasibət bildirib.

H.Nurməhhəmədov sosial şəbəkədə "Ayaz, bax, məni pis vəziyyətdə qoyma. Sənə Həbib deyirlər. Ona görə də insanların üzərinə dəmir hasardan və stadiondan tullanma" fikirlərini səsləndirib.

Qeyd edək ki, Spartak klubunun azarkeşləri Ayaz Quliyevi komandanın Birləşmiş Ərəb Əmirliklərindəki təlim-məşq toplanışdakı məşqində "Həbib, buraya gəl" deyə səsləyiblər. Moskva təmsilçisi istedadlı oyunçu ilə uzunmüddətli müqavilə imzalayıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
15461 səs