17/01/2019
15:14
10656
| A A A
Real Madrid Ronaldonu tarixdən silir?
Real Madrid böyük klublara yaraşmayan hərəkətə yol verir. 
 
Goal.az xəbər verir ki, "kral klubu” ciddi-cəhdlə tarixinin bir hissəsini silməyə çalışır. Real Kriştiano Ronaldonu klubun sosial şəbəkələrdəki bütün səhifələrindən silib. 
 
Maraqlıdır ki, Manchester United bunu heç vaxt etməyib. Bundan əlavə, klubun çempionluq qalereyasına nəzər salsaq, orda yerləşdirilmiş şəkildə Ronaldo arxa plandadır. 
 
"Tarix” və "Əfsanələr” bölümündə də eyni hal müşahidə edilir. Bu bölmələrdə ön plana Di Stefano ilə Zidan çıxarılıb. Hətta klub televiziyasında oyunlardan fraqmentlər göstərilərkən, Ronaldonun olduğu kadrlar olduqca az nümayiş etdirilir. 
 
Xatırladaq ki, Ronaldo Real-da meydana çıxdığı 438 oyunda 451 qol vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
7333 səs