23/01/2019
13:01
8936
| A A A
Ronaldo Messiyə çatdı

Juventus İtaliya A Seriyasının 20-ci turunda öz meydanında Chievo-nu məğlub edib (3:0)

Goal.az xəbər verir ki, Turin təmsilçisinin hücumçusu Kriştiano Ronaldo, 53-cü dəqiqədə penalti vuruşundan yararlana bilməyib. Bununla da, portuqaliyalı futbolçu karyerası ərzində 25-ci dəfə qapıçıyla dueldən məğlub ayrılıb.

Ronaldo qaçırılan penalti vuruşlarının sayında Barcelona-nın futbolçusu Lionel Messiyə çatıb. Argentinalı hücumçu da 25 dəfə penalti vuruşunu qola çevirə bilməyib.

Ronaldo həm də, Juventus-un heyətində ilk dəfə penalti vuruşunu qola çevirə bilməyib. O, bundan əvvəl Turin təmsilçisində 4 dəfə penalti zərbəsindən fərqlənib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
22590 səs